AZ    EN
logo

2013-cü ilin iyun ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

10.07.2013

2013-cü ilin iyun ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz artmış, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 6,5 faiz aşağı düşmüşdür.
Ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 4,9 faiz ucuzlaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,4 faiz, xam neft və təbii qaz hasilatı üzrə isə 0,3 faiz bahalaşmışdır.
İyun ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri toxuculuq sənayesi üzrə 3,5 faiz, kimya sənayesi üzrə 2,4 faiz, poliqrafiya fəaliyyəti üzrə 1,8 faiz, mebel istehsalı üzrə 1,4 faiz, neft məhsullarının istehsalı üzrə 1,3 faiz, metallurgiya sənayesi üzrə 0,9 faiz, qida məhsullarının istehsalı üzrə 0,3 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı və əczaçılıq məhsullarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, tütün məmulatlarının istehsalı üzrə 10,9 faiz, kağız və karton istehsalı üzrə 3,1 faiz, geyim istehsalı üzrə 0,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə, elektrik avadanlıqlarının istehsalı üzrə, maşın və avadanlıqların istehsalı və həmçinin, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,4 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə və tikinti məmulatlarının istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşmışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim