AZ    EN
logo

2013-cü ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı

12.06.2013

2013-cü ilin yanvar-may aylarında ölkədə 22,1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2389,0 manat (3044,4 ABŞ dolları) təşkil etmiş və 3,1 faiz artmışdır.
ÜDM-in 62,7 faizi istehsal sahələrində, o cümlədən 50,2 faizi sənayedə, 9,7 faizi tikintidə, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 30,9 faizi isə xidmət sahələrinin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil etmişdir.
Xidmət sektorunda əlavə dəyər istehsalının 24,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 20,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,6 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 42,4 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilmişdir.
Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,0 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi 52,5 faiz təşkil etmişdir. Eyni zamanda neft-qaz hasilatı və emalı sahələrində əvvəlki ilin eyni dövrindəkindən 1,4 faiz az əlavə dəyər istehsal edilmişdir.
Cari ilin beş ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 38,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 20,3 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 8,8 faiz, informasiya və rabitə xidmətlərində 7,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,2 faiz, sosial və digər xidmət sahələrində 2,9 faiz artmışdır.

Əlaqə telefonu: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim