AZ    EN
logo

Əmtəə bazarı haqqında

11.06.2013

2013-cü ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 7,5 milyard manat və ya 2012-ci ilin beş ayı ilə müqayisədə 8,8 faiz çox olmuşdur. Pərakəndə ticarət bazarında satılmış istehlak mallarının 53,2 faizi ərzaq, 46,8 faizi qeyri-ərzaq mallarının hesabına formalaşmış, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,4 faiz artmışdır.
Yanvar-may aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,8 dəfə artaraq 901,1 min manat təşkil etmişdir. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 87,3 faizini hüquqi, 12,7 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 843,2 min manatını (93,6 faizini) qeyri ərzaq malları təşkil etmişdir.

Tel. 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim