AZ    EN
logo

2013-cü ilin may ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

04.06.2013

2013-cü ilin may ayında ərzaq məhsullarının qiymətlərinin 0,9 faiz ucuzlaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşmasına səbəb olmuşdur.
Ay ərzində unun, qarabaşaq yarmasının, mal və qoyun ətinin, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, əridilmiş pendirin, yağlı kəsmiyin, yumurtanın, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, bananın, alçanın, çiyələyin, kələmin, xiyar və pomidorun, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, xamanın, qarğıdalı yağının, almanın, armudun, göyərtinin, çuğundurun, kökün, soğanın qiymətlərində bahalaşma müşahidə olunmuşdur.
May ayında qeyri-ərzaq mallarından geyimin, inşaat materiallarından sulu və yağlı boyaların, parket üçün lakın, sementin, kəsilmiş taxtaların, məişət avadanlıqlarından paltaryuyan maşınların, tozsoranların qiymətləri ucuzlaşmış, ayaqqabıların, inşaat materiallarından nitro boyanın, pəncərə şüşəsinin, ağac yonqar və lifli lövhələrin, kərpicin, mebellərdən mətbəx üçün masa və kətilin, yataq mebelinin, çarpayının qiymətləri isə bahalaşmışdır.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində bahalaşma, ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tariflərində isə ucuzlaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim