AZ    EN
logo

2013-cü ilin may ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

04.06.2013

May ayında satılmış kənd təsərrüfatı məhsullarından birillik bitkilərin istehsalçı qiymətlərinin 0,2 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 1,0 faiz ucuzlaşmasına, çoxillik bitkilərin istehsalçı qiymətlərinin isə 5,1 faiz bahalaşmasına baxmayaraq ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalmışdır.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 2,4 faiz, arpanın 0,4 faiz, kartofun 0,2 faiz, kələmin 2,2 faiz, baş soğanın 2,3 faiz, qırmızı turpun istehsalçı qiymətləri 0,1 faiz bahalaşmış, pomidorun istehsalçı qiymətləri 0,2 faiz, xiyarın 13,8 faiz, göyərtilərin 3,9 faiz, quru otun 8,2 faiz, yoncanın 7,6 faiz, baş sarımsağın istehsalçı qiymətləri isə 1,0 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən fındığın istehsalçı qiymətləri 3,5 faiz ucuzlaşmış, qozun istehsalçı qiymətləri 0,2 faiz, limonun istehsalçı qiymətləri isə 11,0 faiz bahalaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,6 faiz, qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 1,6 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,2 faiz, inəyin 1,9 faiz, camışın 0,4 faiz, hind toyuğunun 0,8 faiz, südün 0,3 faiz, yumurtanın 14,0 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,3 faiz ucuzlaşmışdır.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 2,8 faiz ucuzlaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim