AZ    EN
logo

2013-cü ilin yanvar-aprel aylarında Ümumi Daxili Məhsul istehsalı

16.05.2013

2013-cü ilin yanvar-aprel aylarında ölkədə 17,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1861,9 manat (2372,8 ABŞ dolları) təşkil etmiş və 2,5 faiz artmışdır.
Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi 51,5 faiz təşkil etmişdir. Qeyri-neft sektorunun belə artımını əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyərin 1,4 dəfə, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 21,3 faiz artması təmin etmiş, bununla yanaşı ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində əlavə dəyər 9,4 faiz, informasiya və rabitə xidmətlərində 8,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,8 faiz artmışdır.
ÜDM-in 51,3 faizi sənayedə, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 9,0 faizi tikintidə, 7,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitə xidmətləri sektorunda, 12,7 faizi sosial və digər xidmət sahələrində istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 6,7 faizini təşkil etmişdir.

Əlaqə telefonu: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim