AZ    EN
logo

2013-cü ilin yanvar-aprel aylarında sənayenin işi haqqında

14.05.2013

Ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar-aprel aylarında 11,3 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, sənayenin qeyri-neft sahələrində 2,8 faiz artım, neft sektorunda 1,5 faiz azalma müşahidə olunmuşdur. İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,3 faizi emal, 6,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Dörd ay ərzində 14,3 milyon ton neft, 5,9 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilmişdir. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompüter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.

Tel. 539-21-39

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim