AZ    EN
logo

Ölkədə sosial təminat haqqında

14.05.2013

2013-cü il aprel ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu sistemində 1271,5 min nəfər pensiyaçı qeydiyyatda olmuş və ölkə əhalisinin 13,8 faizini təşkil etmişdir.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 152,9 manat təşkil edərək orta aylıq əmək haqqının 37,8 faizinə bərəbər olmuşdur.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 605,5 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,5 milyon manat və ya 1,1 faiz çox vəsait yönəldilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, aprel ayının 1-i vəziyyətinə 311,0 min nəfərə sosial müavinətlər təyin olunmuşdur.
2013-cü ilin üç ayı ərzində Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 35,0 min nəfər aylıq təqaüd almışdır.
Cari ilin aprel ayının 1-i vəziyyətinə ölkədə 123,3 min ailənin 542,8 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almış və hər bir nəfərə orta hesabla 26,8 manat ödənilmişdir.

Tel:538-90-12

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim