AZ    EN
logo

2013-cü ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

13.05.2013

2013-cü ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 5,0 faiz, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 8,7 faiz aşağı düşmüşdür.
Ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 5,7 faiz, metal filizlərinin hasilatı üzrə 2,3 faiz ucuzlaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,5 faiz bahalaşmışdır.
Aprel ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri əczaçılıq məhsullarının istehsalı üzrə 4,8 faiz, kimya sənayesi üzrə 3,0 faiz, geyim istehsalı üzrə 2,2 faiz, metallurgiya sənayesi üzrə 1,1 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,8 faiz, avtomobil və qoşquların istehsalı üzrə 0,2 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə isə 0,1 faiz bahalaşmış, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 7,0 faiz, tütün məmulatlarının istehsalı üzrə 6,4 faiz, kağız və karton istehsalı üzrə 6,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 5,3 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 4,0 faiz, tikinti məmulatlarının istehsalı üzrə 1,5 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 1,3 faiz, toxuculuq sənayesi üzrə 1,2 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 1,1 faiz, qida məhsullarının istehsalı üzrə 1,0 faiz, neft məhsullarının istehsalı üzrə 0,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqların istehsalı və həmçinin, mebel istehsalı üzrə 0,1 faiz ucuzlaşmışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim