AZ    EN
logo

2013-cü ilin aprel ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

10.05.2013

Aprel ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,3 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,1 faiz ucuzlaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşmışdır.
Birillik bitkilərdən kartofun istehsalçı qiymətləri 0,1 faiz, kələmin 1,3 faiz, xiyarın 0,1 faiz, pomidorun istehsalçı qiymətləri 0,6 faiz bahalaşmış, buğdanın istehsalçı qiymətləri 1,1 faiz, arpanın 0,3 faiz, göyərtilərin 7,4 faiz, baş sarımsağın 0,2 faiz, baş soğanın 0,1 faiz, qırmızı turpun 2,2 faiz, quru otun 4,3 faiz, yoncanın istehsalçı qiymətləri isə 1,4 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən fındığın istehsalçı qiymətləri 4,0 faiz, qozun istehsalçı qiymətləri 0,3 faiz ucuzlaşmış, almanın istehsalçı qiymətləri 4,3 faiz, limonun istehsalçı qiymətləri isə 8,9 faiz bahalaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,5 faiz, inəyin 1,0 faiz, camışın 0,3 faiz, mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 1,2 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,8 faiz, quş ətinin (diri çəkidə) 1,6 faiz, südün 7,9 faiz, yumurtanın istehsalçı qiymətləri isə 6,4 faiz ucuzlaşmışdır.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,1 faiz bahalaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim