AZ    EN
logo

2013-cü ilin birinci rübündə nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

10.05.2013

Cari ilin birinci rübündə nəqliyyat müəssisələrində işləyən 72,1 min muzdlu işçinin 72,4 faizi dövlət müəssisələrində, 27,6 faizi özəl bölmədə çalışmışdır. İşçilərin 53,2 faizi yerüstü və boru kəməri, 13,5 faizi su, 14,8 faizi hava nəqliyyatı, 18,5 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləmişdir.
2012-ci ilin yanvar-mart ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 11,6 faiz artaraq 521,1 manat olmuş, bu göstərici hava nəqliyyatında 825,4 manat, dəniz nəqliyyatında 672,8 manat, avtomobil nəqliyyatında 490,5 manat, dəmir yolu nəqliyyatında isə 243,1 manat təşkil etmişdir. Əmək haqqı dəmir yolu nəqliyyatında 18,0 faiz, avtomobil nəqliyyatında 17,9 faiz, dəniz nəqliyyatında isə 4,6 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,8 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 3,6 faiz artaraq 640,7 manat olmuşdur.

Tel: 538-62-96

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim