AZ    EN
logo

Əmtəə bazarı haqqında

10.05.2013

2013-cü ilin yanvar-aprel aylarında ölkənin pərakəndə ticarət bazarında əhaliyə 5,9 milyard manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox əmtəə satılmışdır. Əmtəə bazarında satılmış məhsulların 3,2 milyard manatı ərzaq, 2,7 milyard manatı qeyri-ərzaq mallarının hesabına formalaşmış, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi artmışdır.
Cari ilin yanvar-aprel aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,9 dəfə artaraq 700,8 min manat təşkil etmiş, satışın 87,8 faizi hüquqi şəxslərin, 12,2 faizi fərdi sahibkarların hesabına reallaşmışdır. Əhalinin onlayn rejimi vasitəsi ilə istehlak mallarının alınmasına ödədikləri vəsaitin 93,9 faizi qeyri-ərzaq mallarının alınmasına sərf edilmişdir.

Telefon: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim