AZ    EN
logo

2013-cü ilin I rübündə tikinti işlərində qiymətlərin dəyişməsi

06.05.2013

2013-cü ilin I rübündə tikinti işlərində qiymətlər 2012-ci ilin IV rübünə nisbətən 0,3 faiz ucuzlaşmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 0,2 faiz, yol və körpü tikintisində isə 0,6 faiz ucuzlaşma müşahidə edilmişdir.
Cari ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin və sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,3 faiz ucuzlaşmış, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,9 faiz bahalaşmışdır.
Yaşayış evlərindən 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 0,1 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,3 faiz ucuzlaşmışdır.
Sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə qiymətlərdə 0,2 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə isə qiymətlərdə 0,4 faiz ucuzlaşma müşahidə edilmişdir.
İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,9 faiz bahalaşmışdır.
Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,7 faiz ucuzlaşmış, körpü tikintisi üzrə qiymətlər dəyişməz qalmışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim