AZ    EN
logo

2013-cü ilin aprel ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

03.05.2013

2013-cü ilin aprel ayında ərzaq məhsullarının qiymətlərinin 0,9 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla eyni səviyyədə qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşmasına səbəb olmuşdur.
Ay ərzində unun, qarabaşaq yarmasının, mal və toyuq ətinin, təzə balığın, pasterizə olunmuş və olunmamış üzlü südün, yumurtanın, kərə yağının, bananın, şəkər və şəkər tozunun, göyərtinin qiymətlərində ucuzlaşma, düyünün, makaron və kolbasa məmulatlarının, xamanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, şabalıdın, kələmin, bibərin, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun qiymətlərində bahalaşma müşahidə olunmuşdur.

Tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim