AZ    EN
logo

2013-cü ilin mart ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

17.04.2013

Mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 5,4 faiz azalmışdır.
Ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 6,4 faiz, metal filizlərinin hasilatı üzrə 1,8 faiz ucuzlaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,2 faiz bahalaşmışdır.
Mart ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 2,3 faiz, kağız və karton istehsalı üzrə 2,1 faiz, toxuculuq sənayesi üzrə 1,8 faiz, poliqrafiya fəaliyyəti və həmçinin, tikinti məmulatlarının istehsalı üzrə 0,3 faiz ucuzlaşmış, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 2,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 1,5 faiz, metallurgiya sənayesi üzrə 1,4 faiz, kimya sənayesi üzrə 1,3 faiz, geyim istehsalı üzrə 0,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,6 faiz, neft məhsullarının istehsalı və həmçinin, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,7 faiz, qida məhsullarının istehsalı üzrə 0,4 faiz, içki istehsalı üzrə isə 0,1 faiz bahalaşmışdır.

əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim