AZ    EN
logo

2013-cü ilin yanvar-mart aylarında əhalinin gəlirləri

16.04.2013

2013-cü ilin birinci rübündə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 7,7 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 836,4 manat və ya ayda 278,8 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,3 faiz bəndi üstələyərək 4,5 faiz olmuşdur.
Gəlirlərin 70,8 faizi son istehlaka, 9,4 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 17,9 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlir 7,0 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 5,5 faiz artmışdır.

Əlaqə telefonu: 538-90-98

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim