AZ    EN
logo

İdxal – ixrac əməliyyatları haqqında

15.04.2013

2013-cü ilin yanvar-fevral aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 113 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 7120,4 milyon ABŞ dolları təşkil etmiş, onun 5687,3 milyon dolları ixracın, 1433,1 milyon dolları idxalın payına düşmüş, 4254,2 milyon dollarlıq müsbət saldo yaranmışdır.
Xarici ticarət əməliyyatlarının üçdə iki hissəsi İtaliya, Tailand, Rusiya, Hindistan, Amerika Birləşmiş Ştatları, Türkiyə, İndoneziya, Tayvan (Çinin əyaləti), Portuqaliya və Böyük Britaniya dövlətləri ilə aparılmışdır.
Qeyri-neft məhsullarının ixracı 259,9 milyon dollar dəyərində olmuş və 2012-ci ilin yanvar-fevral aylarının səviyyəsini 14,2 faiz üstələmişdir.

Telefon: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim