AZ    EN
logo

Əmtəə bazarı haqqında

15.04.2013

2013-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində 4,5 milyard manat məbləğində və ya 2012-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çox istehlak malları satılmışdır. Satılmış ərzaq məhsullarının həcmi 2,2 faiz artaraq 2,5 milyard manata, qeyri-ərzaq mallarının həcmi 20,4 faiz artaraq 2,0 milyard manata bərabər olmuşdur. Keçən ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 4,0 faiz bəndi azalaraq 55,8 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,2 faiz təşkil etmişdir. Pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 90,9 manatlıq ərzaq, 72,2 manatlıq qeyri-ərzaq malları almışdır.

Telefon: 538-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim