AZ    EN
logo

2001-2011-ci illərdə ümumi daxili məhsulun dinamikasının beynəlxalq müqayisəsi

05.04.2013

Müstəqil Dövlətlər Birliyi Dövlətlərarası Statistika Komitəsinin «Статистика СНГ» adlı bülleteninin 2012-ci ilin noyabr ayında nəşr olunmuş 518-ci nömrəsində MDB, Avropa İttifaqına (EU-27), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələr, həmçinin Çin, Braziliya, CAR və Hindistan üzrə ümumi daxili məhsul göstəricisinin artım sürətlərinə dair dərc edilmiş məlumatlara görə Azərbaycan 2001-2011-ci illər ərzində bu ölkələrdən ən sürətlə inkişaf etmiş ölkə olmuşdur.
Bu illər ərzində ölkənin ümumi daxili məhsulunun həcmi müqayisəli qiymətlərlə hər il orta hesabla 13,5 faiz artaraq 2000-ci ilin səviyyəsini 4 dəfə üstələmişdir. Ümumi daxili məhsulu 3 dəfəyə yaxın artan Çin dərc olunan reytinqdə ikinci, Qazaxıstan isə 2,4 dəfə artımla üçüncü olmuşdur. Bu ölkələrdə ÜDM-in orta illik artımı müvafiq olaraq 10,4 və 8,2 faiz təşkil etmişdir. Beləliklə, sözügedən reytinqdə Azərbaycan ən yaxın qonşusu olan Çini ÜDM-nin orta illik artımına görə 3,1 faiz bəndi qabaqlamışdır.
Bu dövrdə Avropa İttifaqına üzv olan ölkələr arasında ən yüksək artım Slovakiyada (65,0 faiz), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzv ölkələrindən isə Türkiyədə (59,0 faiz) müşahidə edilmişdir.
MDB ölkələrində ÜDM 2011-ci ildə 2000-ci ilə nisbətən orta hesabla 76,0 faiz, Avropa İttifaqında 17,0 faiz, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə 19,0 faiz, BRİCS ölkələrində isə (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) 2,9 dəfə artmışdır.

Tel: 5387450

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim