AZ    EN
logo

2013-cü ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı

01.04.2013

2013-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında 8,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,2 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 4,1 milyard manat və ya ÜDM-in 48,9 faizini təşkil etmişdir. Eyni zamanda neft-qaz hasilatı və emalı sahələrində əlavə dəyər istehsalı 2,6 faiz azalmışdır.
ÜDM-in 54,6 faizi sənayedə, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 7,1 faizi tikintidə, 7,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitə xidmətlərində, 11,4 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilmişdir.
Bu dövrdə tikintidə əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 24,8 faiz, informasiya və rabitə xidmətlərində 16,0 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 8,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,3 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 3,4 faiz artmışdır. Neft və qaz hasilatı sahələrində yaradılmış əlavə dəyər 3,5 faiz azalsa da, emal sənayesində 14,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalında 1,4 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində isə 1,1 faiz, artım müşahidə edilmişdir.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 902,6 manat (1150,1 ABŞ dolları) təşkil edərək 1,8 faiz artmışdır.

Əlaqə telefonu: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim