AZ    EN
logo

İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə

13.03.2013

2013-cü ilin fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1470,1 min nəfər olmuş və onlardan 891,0 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 579,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 23,2 faizi təhsildə, 19,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 16,6 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2013-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 398,1 manat təşkil etmiş, keçən ilin yanvar ayına nisbətən 8,1 faiz artmışdır. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, tikintidə, peşə, elmi və texniki fəaliyyət sahəsində, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

Tel. 538-86-68

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim