AZ    EN
logo

Əmtəə bazarı haqqında

11.03.2013

2013-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində 2847,5 milyon manat məbləğində və ya 2012-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz çox istehlak malları satılmışdır. Satılmış ərzaq məhsullarının həcmi 2,1 faiz artaraq 1597,0 milyon manata, qeyri-ərzaq mallarının həcmi 18,6 faiz artaraq 1250,5 milyon manata bərabər olmuşdur. Keçən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 3,8 faiz bəndi azalaraq 56,1 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 43,9 faiz təşkil etmişdir. Pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 86,3 manatlıq ərzaq, 67,6 manatlıq qeyri-ərzaq malları almışdır.

telefon: 438-76-95

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim