AZ    EN
logo

2013-cü ilin fevral ayında nəqliyyat və rabitə sektorunda tariflərin dəyişməsi haqqında

11.03.2013

2013-cü ilin fevral ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,0 faiz bahalaşmış, sərnişindaşıma tarifləri isə 1,2 faiz ucuzlaşmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 5,0 faiz ucuzlaşmış, tranzit üzrə 1,8 faiz, yerli əlaqə üzrə 11,7 faiz, ixrac üzrə isə 33,3 faiz bahalaşmışdır. Ay ərzində MDB ölkələrinə sərnişindaşıma tarifləri 5,8 faiz ucuzlaşmışdır.
Ay ərzində boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,1 faiz bahalaşmışdır.
Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 1,3 və 2,3 faiz, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 9,3 faiz ucuzlaşmışdır.
Poçt və kuryer sahəsində sürətli poçt xidmətlərinin tarifləri 5,1 faiz bahalaşmış, rabitə sahəsində isə internet rabitəsi xidmətlərinin tarifləri 0,9 faiz ucuzlaşmışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim