AZ    EN
logo

2012-ci ildə nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

27.02.2013

2012-ci ildə nəqliyyat müəssisələrində işləyən 68,4 min muzdlu işçinin 74,8 faizi dövlət müəssisələrində, 25,2 faizi özəl bölmədə çalışmışdır. İşçilərin 55,0 faizi yerüstü və boru kəməri, 14,5 faizi su, 7,9 faizi hava nəqliyyatı, 22,6 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləmişdir.
2011-ci illə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 12,8 faiz artaraq 504,1 manat olmuş, bu göstərici hava nəqliyyatında 988,4 manat, dəniz nəqliyyatında 704,4 manat, avtomobil nəqliyyatında 464,4 manat, dəmir yolu nəqliyyatında isə 225,8 manat təşkil etmişdir. Əmək haqqı dəniz nəqliyyatında 19,7 faiz, dəmir yolu nəqliyyatında 13,5 faiz, hava nəqliyyatında 5,9 faiz, avtomobil nəqliyyatında isə 6,7 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 25,9 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,0 faiz artaraq 621,8 manat olmuşdur.

Tel: 538-62-96

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim