AZ    EN
logo

2012-ci ildə “İpək yolu”nda nəqliyyatın fəaliyyəti haqqında

27.02.2013

2012-ci ildə “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 56,9 milyon ton və ya əvvəlki illə müqayisədə 5,5 faiz çox yük, 260,9 milyon nəfər və ya 8,0 faiz çox sərnişin daşınmışdır. Dəhlizdə daşınmış yüklərin 44,3 faizi avtomobil, 37,5 faizi dəmir yolu, 18,2 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 7,3 faiz, dəmir yolu nəqliyyatında 5,9 faiz, dəniz nəqliyyatında isə 0,5 faiz artım qeydə alınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 27,6 faizini və ya 15,7 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
Yük daşımaları fəaliyyətindən 443,2 milyon manat, sərnişin daşınmasından isə 92,0 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 16,1 faiz və 10,8 faiz artmışdır.

Tel: 538-62-96

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim