AZ    EN
logo

2012-ci ildə ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyalar və investisiya ixracı haqqında

18.02.2013

2012-ci il müstəqillik illərində xarici investorların ölkəmizdə ən yüksək fəallığı ilə xarakterizə olunur. İlkin məlumatlara görə, ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyaların həcmi əvvəlki ilə nisbətən 18,9 faiz artaraq 10,3 milyard ABŞ dolları olmuşdur. İnvestisiyaların 30,4 faizi iqtisadiyyata maliyyə kreditləri, 52,2 faizi birbaşa, 17,4 faizi isə portfel və digər investisiyalar şəklində daxil olmuşdur.
Birbaşa investisiyaların həcmi 5,4 milyard dollar təşkil edərək 2011-ci illə müqayisədə 25,4 faiz artmış, onun 4,3 milyard dolları və ya 79,7 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilmişdir.
2012-ci ildə ölkə rezidentlərinə 3,1 milyard ABŞ dolları ekvivalentində xarici kreditlər təqdim edilmiş, onlardan 39,7 faizi dövlət təminatlı kreditlər olmuşdur.
2004-2012-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 60,7 milyard dollar həcmində xarici sərmayə yatırılmışdır.
Ölkəyə investisiyaların cəlb edilməsi ilə yanaşı, artıq 10 ildən çoxdur ki, Azərbaycan başqa dövlətlərin iqtisadiyyatına sərmayə yönəltməklə investisiyalarını ixrac edən ölkələr arasında öz mövqelərini ilbəil möhkəmləndirir. Belə ki, 2012-ci ildə investisiyaların ixracı 1128,8 milyon dollar təşkil edərək əvvəlki ilin səviyyəsindən 2,0 dəfə çox olmuşdur.

Əlaqə telefonu: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim