AZ    EN
logo

İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə

12.02.2013

2013-cü ilin yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1477,7 min nəfər olmuş və onlardan 899,1 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 578,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 22,7 faizi təhsildə, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,5 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 16,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2012-ci ilin dekabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 428,8 manat təşkil etmiş, yanvar-dekabr aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artaraq 396,0 manat olmuşdur. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

Tel: 538-86-68

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim