AZ    EN
logo

2013-cü ilin yanvar ayında nəqliyyat və rabitə sektorunda tariflərin dəyişməsi haqqında

12.02.2013

2013-cü ilin yanvar ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 4,1 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə 1,7 faiz bahalaşmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi tranzit üzrə 11,3 faiz, yerli əlaqə üzrə 1,9 faiz, idxal üzrə 1,2 faiz ucuzlaşmış, ixrac üzrə isə 0,7 faiz bahalaşmışdır. Ay ərzində MDB ölkələrinə sərnişindaşıma tarifləri 19,9 faiz ucuzlaşmışdır.
Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 1,1 və 8,3 faiz, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 12,1 faiz bahalaşmışdır.
Boru kəməri vasitəsilə qazın nəql olunma tarifi 2,4 faiz bahalaşmış, neftin nəql olunma tarifi isə 9,3 faiz ucuzlaşmışdır.
Avtomobil nəqliyyatında bir saatlıq işə görə yükdaşıma tarifləri 19,3 faiz bahalaşmışdır. Beynəlxalq əlaqədə işəmuzd yükdaşıma tarifləri 4,1 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə 13,6 faiz bahalaşmışdır.
Rabitə sahəsində mobil telefon xidmətlərinin tarif indeksi 1,5 faiz bahalaşmışdır.


Tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim