AZ    EN
logo

2013-cü ilin yanvar ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

04.02.2013

2013-cü ilin yanvar ayında ərzaq məhsullarının qiymətlərinin 0,6 faiz, qeyri-ərzaq mallarının 0,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla müqayisədə 3,0 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,2 faiz bahalaşmasına səbəb olmuşdur.
Düyünün, qarabaşaq yarmasının, toyuq ətinin, hind toyuğunun, kərə yağının, şəkər və şəkər tozunun, portağalın, bananın, çuğundurun, kökün, göbələyin qiymətlərində ucuzlaşma, çörəyin, makaron məmulatlarının, təzə balığın, zeytun yağının, xamanın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, şabalıdın, xiyar və pomidorun, bibərin, badımcanın, sarımsağın, kartofun, kələmin qiymətlərində bahalaşma müşahidə olunmuşdur.
Qeyri-ərzaq mallarından elektrik lampalarının, mikserin, videokameranın, minik avtomobilinin, velosipedin, oyuncaqların qiymətləri ucuzlaşmış, parçaların, geyim və ayaqqabıların, inşaat materiallarından sulu boyanın, parket və laminat parketin, mebellərdən mətbəxt üçün mebel dəstinin, mətbəx üçün stolun, təzyiq ölçmək üçün aparatın, zərgərlik məmulatlarının qiymətləri bahalaşmışdır. Yanvar ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı və notarial xidmətləri tariflərində bahalaşma müşahidə olunmuşdur.

Tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim