AZ    EN
logo

2012-ci ildə ümumi daxili məhsul istehsalı

17.01.2013

İlkin hesablamalara görə 2012-ci ildə ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 54,0 milyard manata çatmışdır.
Bu dövrdə cari qiymətlərlə 77,9 milyard manatlıq məhsul və xidmətlər istehsal olunmuşdur ki, bu da 2011-ci ildəkindən 4,5 milyard manat çoxdur. Məhsul istehsalına sərf edilmiş mal və xidmətlərin dəyəri 23,9 milyard manat və ya məhsul və xidmətlər buraxılışının 30,7 faizini təşkil etmişdir.
Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 9,7 faiz artımı müşahidə olunmuş, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 48,8 faizdən 52,7 faizədək yüksəlmişdir. Müvafiq olaraq ümumi daxili məhsulun 47,3 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşmüş və əvvəlki ilə nisbətən 5,0 faiz azalmışdır.
2012-ci il ərzində sənayedə 27,0 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 50,0 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 2,8 milyard manatlıq (müvafiq olaraq 5,2 faiz), tikintidə 5,0 milyard manatlıq (9,2 faiz), nəqliyyat və anbar təsərrüfatında 2,9 milyard manatlıq (5,5 faiz), informasiya və rabitə xidmətlərində 927,2 milyon manatlıq (1,7 faiz), ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 3,6 milyard manatlıq (6,7 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 910,3 milyon manatlıq (1,7 faiz), sosial və digər xidmətlər sahəsində isə 7,5 milyard manatlıq (13,8 faiz) əlavə dəyər yaradılmışdır.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 5884,5 manat və ya 7490,5 ABŞ dolları təşkil etmişdir.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,2 faizini təşkil etmişdir.


Tel: 538-74-50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim