AZ    EN
logo

2012-ci ildə yaradılmış hüquqi və fiziki şəxslərin sayı haqqında

16.01.2013

2012-ci ildə ölkədə hüquqi şəxslərin sayı artmaqda davam etmiş və qeydiyyatdan keçmiş 5417 hüquqi şəxsin 154-ü dövlət mülkiyyətinə, 4653-ü xüsusi mülkiyyətə, 483-ü tam xarici investisiyalı, 124-ü birgə müəssisələrə, 3-ü isə bələdiyyə mülkiyyətinə aid olmuşdur.
Yeni yaradılmış hər beş müəssisədən üçü Bakıda, 12,7 faizi Aran, 7,2 faizi Abşeron və 5,7 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, 2012-ci ildə 65799 fiziki şəxs qeydiyyatdan keçmişdir. İl ərzində fiziki şəxslər Bakıda, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Abşeron və Lənkəran iqtisadi rayonlarında daha çox qeydiyyata alınmışdır.

Tel: 538-81-97; 538-93-67

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim