AZ    EN
logo

2012-ci ilin dekabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

16.01.2013

2012-ci ilin dekabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,3 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olmuşdur.
Ay ərzində ərzaq məhsullarından manna yarmasının, qoyun ətinin, vermişelin, hind toyuğunun, təzə balığın, süd və süd məhsullarının, yumurtanın, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, xiyar və pomidorun, bibərin, badımcanın, sarımsağın, kartofun qiyməti bahalaşmışdır. Bahalaşma ilə yanaşı dekabr ayında qarabaşaq yarmasının, toyuq ətinin, kərə yağının, günəbaxan yağının, şəkər tozunun, naringinin, kələmin, çuğundurun, kökün, soğanın qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur.

Tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim