AZ    EN
logo

2012-ci ilin dekabr ayında nəqliyyatda yükdaşıma və sərnişindaşıma tarifləri

16.01.2013

2012-ci ilin dekabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,4 faiz bahalaşmış, sərnişindaşıma tarifləri isə 2,7 faiz ucuzlaşmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 0,4 faiz ucuzlaşmış, tranzit üzrə 13,8 faiz, yerli əlaqə üzrə 2,5 faiz, idxal üzrə isə 2,1 faiz bahalaşmışdır. Ay ərzində beynəlxalq əlaqədə sərnişindaşıma tarifləri 5,9 faiz bahalaşmışdır.
Avtomobil nəqliyyatında şəhərlərarası sərnişindaşıma tarifləri 1,5 faiz ucuzlaşmışdır.
Hava nəqliyyatında MDB ölkələrinə və digər xarici ölkələrə sərnişindaşıma tarifləri uyğun olaraq 11,2 faiz və 6,7 faiz ucuzlaşmış, MDB ölkələrinə yükdaşıma tarifləri isə 0,6 faiz bahalaşmışdır.

Tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim