AZ    EN
logo

2012-ci ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri

13.12.2012

2012-ci ilin on bir ayında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 29,9 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 3260,5 manat və ya ayda 296,4 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 11,0 faiz bəndi üstələyərək 12,2 faiz olmuşdur.
Gəlirlərin 64,0 faizi son istehlaka, 8,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 26,1 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlir 27,4 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 14,0 faiz artmışdır.

Tel: 538-90-98

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim