AZ    EN
logo

2012-ci ilin yanvar-noyabr aylarında sənayenin işi haqqında

13.12.2012

Ölkənin sənaye sahələrində 2012-ci ilin yanvar-noyabr aylarında 31,0 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, qeyri-neft sektorunda 7,4 faiz artım, neft sektorunda 5,3 faiz azalma müşahidə olunmuşdur. İstehsalın 75,7 faizi mədənçıxarma, 18,8 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Cari ilin on bir ayı ərzində neft hasilatı 39,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 15,7 milyard kub-metr təşkil etmiş, qaz hasilatı 6,3 faiz artmış, neft hasilatı isə 6,8 faiz azalmışdır. Hesabat dövründə qeyri-neft bölməsinin məhsullarından qida, içki, toxuculuq, geyim, kağız və karton, poliqrafiya, rezin və plastmas məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, elektrik avadanlıqlarının, mebel, elektrik enerjisinin və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.

Tel: 539-87-17

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim