AZ    EN
logo

2013-cü ilin məhsulu üçün payızlıq bitkilər səpininin gedişi barədə

10.12.2012

Ölkənin tarlalarında payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir. Hesabat məlumatlarına görə cari il dekabr ayının 1-nə kimi 900.1 min hektar sahədə payızlıq bitkilər, o cümlədən 890.0 min hektarda dən üçün payızlıq bitkilər səpilmişdir. Dən üçün payızlıq bitkilərin 619.3 min hektarını buğda, 270.7 min hektarını isə arpa təşkil etmişdir.
2011-ci ilin müvafiq dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin əkin sahəsi 7.1 faiz, o cümlədən buğda əkini 3.4 faiz, arpa əkini 16.5 faiz artmışdır. Payızlıq bitkilərin səpini barədə daha ətraflı məlumat aşağıdakı cədvəldə verilmişdir.

2012-ci il (yanvar-noyabr) 2011-ci il (yanvar-noyabr) 2012-ci il 2011-ci ilə, %-lə
Dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir - cəmi, hektar 900069 842800 106.8
o cümlədən dən üçün 890041 831312 107.1
ondan:
buğda 619343 598903 103.4
arpa 270673 232409 116.5


Tel: 538-93-96

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim