AZ    EN
logo

Əmtəə bazarı haqqında

07.12.2012

2012-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 15,4 milyard manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox istehlak malları satılmışdır. Satılmış ərzaq məhsullarının həcmi 2,4 faiz artaraq 8,6 milyard manata, qeyri-ərzaq mallarının həcmi 19,9 faiz artaraq 6,8 milyard manata bərabər olmuşdur. 2011-ci ilin on bir ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 3,9 faiz bəndi azalaraq 55,7 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,3 faiz təşkil etmişdir. Pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 84,8 manatlıq ərzaq, 67,4 manatlıq qeyri-ərzaq malları almışdır.

Tel:538-22-57

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim