AZ    EN
logo

2012-ci ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri

14.11.2012

2012-ci ilin on ayında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 27,1 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 2959,4 manat və ya ayda 295,9 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 10,9 faiz bəndi üstələyərək 12,2 faiz olmuşdur.
Gəlirlərin 63,4 faizi son istehlaka, 8,4 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 26,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlir 24,8 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 14,0 faiz artmışdır.

Tel: 538-90-98

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim