AZ    EN
logo

İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə

13.11.2012

Cari ilin sentyabr ayında orta aylıq əmək haqqı hesablanmış muzdlu işçilərin orta siyahı sayı 1395,3 min nəfər olmuş və onlardan 838,0 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 557,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 23,5 faizi təhsildə, 19,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,6 faizi sənayedə, 9,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,5 faizi tikintidə, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,1 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Bununla yanaşı, müşahidələr göstərir ki, muzdlu işçilərin bir qismi əmək müqaviləsi bağlamadan fəaliyyət göstərir.
2012-ci ilin sentyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 396,9 manat təşkil etmiş, yanvar-sentyabr aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 388,2 manat olmuşdur. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, informasiya və rabitədə, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

Tel : 538-61-21

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim