AZ    EN
logo

2012-ci ilin oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

06.11.2012

Oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,4 faiz ucuzlaşmışdır.
Ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 99,1 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 0,9 faiz ucuzlaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,1 faiz bahalaşmışdır.
Oktyabr ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 102,4 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri toxuculuq sənayesi üzrə 13,0 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 6,0 faiz, tikinti məmulatlarının istehsalı üzrə 1,2 faiz, geyim istehsalı üzrə 0,4 faiz, içki istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı, elektrik avadanlıqlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 9,1 faiz, metallurgiya sənayesi üzrə 7,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 4,4 faiz, neft məhsullarının istehsalı üzrə 4,2 faiz, mebel istehsalı üzrə 3,2 faiz, qida məhsullarının istehsalı üzrə 2,5 faiz, tütün məmulatlarının istehsalı üzrə 2,2 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,8 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,4 faiz, avtomobil və qoşquların istehsalı üzrə 0,2 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə isə 0,1 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətlərində 0,4 faiz ucuzlaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim