AZ    EN
logo

2012-ci ilin oktyabr ayında nəqliyyat və telekommunikasiya sektorunda tariflərin dəyişməsi haqqında

06.11.2012

2012-ci ilin oktyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,3 faiz bahalaşmış, sərnişindaşıma tarifləri isə 1,2 faiz ucuzlaşmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 1,3 faiz ucuzlaşmış, yerli əlaqə üzrə 72,9 faiz, idxal üzrə 8,0 faiz, tranzit üzrə isə 2,7 faiz bahalaşmışdır.
Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri sabit qalmış, digər xarici ölkələrə isə 7,7 faiz ucuzlaşmışdır.
Hava nəqliyyatında xarici ölkələrə sərnişindaşıma tarifləri 3,1 faiz, MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri isə uyğun olaraq 0,1 faiz və 7,7 faiz ucuzlaşmışdır.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,3 faiz ucuzlaşmışdır.
Telekommunikasiya sahəsində internet tarifləri 4,7 faiz ucuzlaşmış, mobil telefon rabitəsi üzrə isə 0,3 faiz bahalaşmışdır.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim