AZ    EN
logo

2012-ci ilin oktyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

06.11.2012

Oktyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,6 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 7,5 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,9 faiz bahalaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 2,4 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən yaşıl lobyanın istehsalçı qiymətləri 4,1 faiz, qarğıdalının 5,4 faiz, kələmin 7,1 faiz, göyərtilərin 2,7 faiz, çuğundurun 2,3 faiz, balqabağın istehsalçı qiymətləri 2,7 faiz ucuzlaşmış, buğdanın istehsalçı qiymətləri 3,0 faiz, günəbaxan toxumunun 1,6 faiz, kartofun 0,5 faiz, yerkökünün 38,5 faiz, pomidorun 4,0 faiz, badımcanın 31,8 faiz, bibərin 21,4 faiz, baş soğanın 0,8 faiz, baş sarımsağın 1,5 faiz, yoncanın istehsalçı qiymətləri isə 5,7 faiz bahalaşmışdır.
Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 4,2 faiz, almanın 0,2 faiz, armudun 1,2 faiz, fındığın istehsalçı qiymətləri 2,1 faiz bahalaşmış, narın istehsalçı qiymətləri 12,8 faiz, limonun 1,9 faiz, zoğalın 0,8 faiz, şabalıdın 2,1 faiz, qozun istehsalçı qiymətləri isə 0,8 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri ev quşlarının istehsalçı qiymətləri 0,2 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5 faiz ucuzlaşmışdır. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 1,1 faiz, camışın 0,7 faiz, diri qoyun və keçilərin 5,2 faiz, qoyun, donuz və mal ətinin (diri çəkidə) müvafiq olaraq 0,2 faiz, 13,5 faiz və 0,4 faiz, südün 0,3 faiz, yumurtanın istehsalçı qiymətləri isə 19,3 faiz bahalaşmışdır.
Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 1,3 faiz, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 6,9 faiz bahalaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim