AZ    EN
logo

2012-ci ilin yanvar-sentyabr aylarında yeni yaradılmış hüquqi və fiziki şəxslərin sayı haqqında

15.10.2012

2012-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədə hüquqi şəxslərin sayı artmaqda davam etmiş və qeydiyyatdan keçmiş 3883 hüquqi şəxsin 136-sı dövlət mülkiyyətinə, 3296-sı xüsusi mülkiyyətə, 362-si tam xarici investisiyalı, 88-i birgə müəssisələrə, 1-i isə bələdiyyə mülkiyyətinə aid olmuşdur.
Yeni müəssisələrin 60,6 faizi Bakıda, 13,1 faizi Aran, 7,1 faizi Abşeron və 5,5 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, 2012-ci ilin oktyabr ayının 1-i vəziyyətinə fiziki şəxslərin sayı 415 mindən çox olmuşdur. 9 ay ərzində fiziki şəxslər Bakıda, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Abşeron və Lənkəran iqtisadi rayonlarında daha çox qeydiyyata alınmışdır.

Tel: 538-81-97

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim