AZ    EN
logo

2012-ci ilin sentyabr ayında nəqliyyat və telekommunikasiya sektorunda tariflərin dəyişməsi haqqında

15.10.2012

2012-ci ilin sentyabr ayında nəqliyyat sektorunda yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 0,5 faiz və 0,1 faiz azalmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 9,9 faiz, yerli əlaqə üzrə 7,8 faiz, ixrac üzrə 0,8 faiz, tranzit üzrə 1,7 faiz, həmçinin MDB ölkələrinə sərnişindaşıma tarifləri 7,0 faiz ucuzlaşmışdır.
Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşmışdır.
Hava nəqliyyatında xarici ölkələrə sərnişindaşıma tarifləri 0,1 faiz, MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri isə uyğun olaraq 0,7 faiz və 10,5 faiz bahalaşmışdır.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2 faiz ucuzlaşmışdır.
Telekommunikasiya sahəsində internet tarifləri 13,0 faiz ucuzlaşmışdır.

Tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim