AZ    EN
logo

Tikinti haqqında

11.10.2012

2012-ci ilin doqquz ayında ölkənin tikinti kompleksində dinamik inkişaf davam etmiş, bütün maliyyə mənbələrindən əsas kapitala 9,9 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,4 faiz çox vəsait yönəldilmiş, onun 79,4 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 44,1 faizi məhsul istehsalı, 55,9 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 60,9 faizini təşkil etmişdir.
Cari ilin ötən dövrü ərzində Bakı şəhərində Metal konstruksiyalar zavodu, "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron", "Four Seasons" otelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni Tədris Kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu yenidənqurmadan sonra, "8 KM" Stadionu, Binə qəsəbəsində stadion, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, İstixana Kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində "Azgüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Ağsu rayonunda Ağsu çayı üzərində körpü, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Balakən rayonunda Mazımçay üzərində yeni körpü, Cəlilabad rayonunda Un fabriki nəzdində un dəyirmanı və taxıl anbarı kompleksi, Olimpiya İdman Kompleksi, Gədəbəy rayonunda Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda yeni körpü, Goranboy rayonunda Şahmat Məktəbi, Qazax rayonunda Konserv zavodu və Şahmat Mərkəzi, Quba rayonunda Qaraçay üzərində körpü, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Siyəzən rayonu ərazisində Bakı-Quba yolunda yeni körpü, Şəki rayonunda "Shaki Palace" oteli, Taxıl anbarı və dəyirman kompleksi, Tovuz rayonunda "Ayan Palace" oteli və digər obyektlər istifadəyə verilmişdir.
Bundan əlavə, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1197,8 min kvadrat metr olan yeni yaşayış evləri, 15 çarpayılıq xəstəxana, növbədə 831 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 24972 şagird yerlik ümumtəhsil məktəbi, 880 yerlik məktəbəqədər təhsil müəssisəsi və 140 yerlik klub tikilmişdir.

Tel: 539-87-17

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim