AZ    EN
logo

2012-ci ilin sentyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

11.10.2012

Sentyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 5,2 faiz bahalaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri 1,9 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən kartofun istehsalçı qiymətləri 1,4 faiz, baş soğanın 0,9 faiz, kələmin 1,3 faiz, göyərtilərin 0,4 faiz, çuğundurun 24,3 faiz, yerkökünün 9,9 faiz, balqabağın istehsalçı qiymətləri 0,8 faiz ucuzlaşmış, buğdanın istehsalçı qiymətləri 6,7 faiz, arpanın 8,5 faiz, yaşıl lobyanın 2,1 faiz, xiyarın 41,8 faiz, pomidorun 0,9 faiz, badımcanın 47,3 faiz, bibərin 21,8 faiz, qarpızın 6,6 faiz, yemişin 14,0 faiz, baş sarımsağın 3,2 faiz, yoncanın 4,1 faiz, quru otun istehsalçı qiymətləri isə 0,9 faiz bahalaşmışdır.
Çoxillik bitkilərdən fındığın istehsalçı qiymətləri 3,6 faiz bahalaşmış, üzümün istehsalçı qiymətləri 6,3 faiz, almanın 4,0 faiz, armudun 3,9 faiz, gavalı və göyəmin 0,3 faiz, limonun 1,8 faiz, zoğalın 10,2 faiz, moruq və böyürtkənin 0,1 faiz, qozun istehsalçı qiymətləri isə 1,6 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,0 faiz, mal ətinin (diri çəkidə) 0,1 faiz, diri qoyun və keçilərin 6,3 faiz, yumurtanın istehsalçı qiymətləri 16,3 faiz ucuzlaşmışdır. Bu ucuzlaşma ilə yanaşı ay ərzində qoyun, donuz və quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 0,1 faiz, 7,5 faiz və 7,6 faiz, südün 4,0 faiz, hind toyuğunun istehsalçı qiymətləri isə 12,1 faiz bahalaşmışdır.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,4 faiz ucuzlaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim