AZ    EN
logo

İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə

11.10.2012

Dövlət Statistika Komitəsinin apardığı "Əhalinin iqtisadi fəallığına dair" seçmə statistik müayinənin nəticələrinə əsasən 2012-ci ilin iyul ayının 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1620,6 min nəfər təşkil etmişdir.
Bununla yanaşı, avqust ayı üzrə orta aylıq əmək haqqının hesablanması üçün qəbul edilmiş muzdlu işçilərin orta siyahı sayı 1389,5 min nəfər olmuş və onlardan 842,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 546,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 23,4 faizi təhsildə, 19,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,5 faizi sənayedə, 9,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,5 faizi tikintidə, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,9 faizi informasiya və rabitə sahəsində və 14,5 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2012-ci ilin avqust ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 396,6 manat təşkil etmiş, yanvar-avqust aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 387,5 manat olmuşdur. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

Əlaqə telefonu: 538-61-21

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim