AZ    EN
logo

2012-ci ilin yanvar-sentyabr aylarında Ümumi Daxili Məhsul istehsalı

11.10.2012

2012-ci ilin doqquz ayında ölkə iqtisadiyyatında 39,8 milyard manatlıq və ya əvvəlki ildəkindən 1,1 faiz çox ümumi daxili məhsul istehsal edilmiş, onun əhalinin hər nəfərinə həcmi 4340,2 manat (5522,6 ABŞ dolları) olmuşdur.
Ümumi daxili məhsulun 67,2 faizi iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən 51,3 faizi sənayenin, 9,8 faizi tikintinin, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payına düşmüş, 26,6 faizi isə xidmət sahələrində yaradılmışdır. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,2 faizini təşkil etmişdir.
İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artmış, onun ümumi daxili məhsulda xüsusi çəkisi 50,3 faizə çatmışdır.
Bu dövrdə tikintidə əlavə dəyər real ifadədə 27,3 faiz, informasiya və rabitə xidmətlərində 16,7 faiz, turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində 16,3 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,0 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 6,3 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 2,1 faiz artmışdır.

Əlaqə telefonu: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim