AZ    EN
logo

2012-ci ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri

11.10.2012

2012-ci ilin doqquz ayında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz artaraq 24,2 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 2644,7 manat və ya ayda 293,9 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 10,5 faiz bəndi üstələyərək 12,0 faiz olmuşdur.
Gəlirlərin 62,9 faizi son istehlaka, 8,7 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 26,8 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlir 22,1 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 13,8 faiz artmışdır.

Əlaqə telefonu: 538 90 98

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim