AZ    EN
logo

2012-ci ilin sentyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

11.10.2012

2012-ci ilin sentyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,2 faiz bahalaşması, qeyri-ərzaq mallarının qiymətlərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,6 faiz bahalaşmasına səbəb olmuşdur.
Ay ərzində ərzaq məhsullarından unun, çörəyin, mal və qoyun ətinin, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, limonun, bananın, xiyar və pomidorun, bibərin, badımcanın, göy lobyanın, göyərtinin, sarımsağın qiyməti bahalaşmışdır. Bahalaşma ilə yanaşı sentyabr ayında düyünün, manna yarmasının, qarabaşaq yarmasının, yumurtanın, kərə yağının, zeytun və günəbaxan yağlarının, şəkər və şəkər tozunun, almanın, armudun, üzümün, kələmin, soğanın, kartofun, çuğundurun, kökün qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur.
Sentyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatında MDB və beynəlxalq reyslər üzrə sərnişindaşıma və təhsil haqları tariflərində bahalaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim